Radiator və istilik sistemi xidməti

Maksimum istilik, bərabər paylanma və düzgün dövriyyə

Bəzən kombi problemsiz işləsə də, otaqlar kifayət qədər isinmir. Radiatorların alt qisminin soyuq qalması, bəzi otaqların isti, digərlərinin isə buz kimi olması, qızdırıcılardan su şırıltısı səslərinin gəlməsi istilik sisteminin dövriyyəsində və ya boru xətlərində problem olduğunun göstəricisidir. Kombi nə qədər güclü olsa da, istilik sistemi düzgün tənzimlənməyibsə, qaz sərfiyyatınız artacaq, amma eviniz istənilən səviyyədə isinməyəcək.

Radiator xidmətlərimizə nələr daxildir?

  • Hava alınması və balanslaşdırma: Radiatorların içindəki hava xaric edilir. Daha sonra sistemin bərabər isinməsi üçün kombiyə uzaq və yaxın olan radiatorların klapanları xüsusi ardıcıllıqla tənzimlənir (balanslaşdırılır).
  • Dövriyyənin yoxlanılması: İsti suyun kollektor sistemində və borularda maneəsiz hərəkət etməsi yoxlanılır, filtrlərin tıxanması ehtimalı dəyərləndirilir.
  • Termostatik klapan xidməti: Otaqların istiliyini fərdi tənzimləməyə imkan verən klapanların yoxlanılması və ehtiyac olduqda yenilənməsi.
  • Radiator yuyulması: İllərlə yığılmış palçıq və çöküntünün xüsusi aparatlarla təmizlənməsi (bu xidmət sistem yuyulması xidməti ilə paralel aparılır).

Bizim xidmətimizdən sonra kombinin istehsal etdiyi bütün istilik itkisiz şəkildə otaqlarınıza ötürülür və evinizin hər küncündə eyni konfortlu temperatur təmin edilir.

İstilik sisteminizi peşəkarlara etibar edin!

Kombinizin səmərəsiz işləməsi həm konfortunuzu pozur, həm də qaz xərclərinizi artırır. KombiMaster komandası problemi yerindəcə həll etməyə hazırdır.

Digər xidmətlər

Hamısına bax