Kombidə təzyiq niyə düşür?
Təzyiqin tez-tez düşməsi təsadüfi deyil. Əsas səbəbləri və nə vaxt ustaya müraciət etməli olduğunuzu izah edirik.
Kombinin təzyiqi bir neçə gündən bir düşürsə, sistemdə harasa su itkisi var.
Əsas səbəblər:
- Radiator və ya boru birləşmələrində gizli sızma
- Genləşmə çənində havanın azalması
- Təhlükəsizlik ventilinin su buraxması
Təzyiqi özünüz 1.5 bara qədər doldura bilərsiniz, amma problem təkrarlanırsa, mütləq səbəbi tapdırın — əks halda nasos və ana plata zədələnə bilər.